PSJ Serxio Ramosun gedişini açıqladı | DEFAKTO.AZ PSJ Serxio Ramosun gedişini açıqladı – DEFAKTO.AZ

PSJ Serxio Ramosun gedişini açıqladı

25


2010-cu il dünya çempionu, dördqat Çempionlar Liqasının qalibi Serxio Ramos mövsümün sonunda Fransanın PSJ klubunu tərk edəcək.

Bu barədə cümə günü PSJ-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Ramosun 37 yaşı var. O, 2021-ci ildən PSJ-də çıxış edir və klubun heyətində iki dəfə Fransa çempionu olub, bir dəfə ölkə Superkubokunu qazanıb. Ramosun müqaviləsi bu yay başa çatır.