Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
“DEFAKTO.az”un məlumatına görə, 1999-cu il təvəllüdlü Biləsuvar rayon sakini, Rafiq Mirzəzadə qarın nahiyəsindən bıçaq xəsarəti alıb.
O, ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.