Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim” | DEFAKTO.AZ Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim” – DEFAKTO.AZ

Macarıstanın Baş naziri: “Ərdoğanın qələbəsi üçün dua etdim”

28


“Türkiyədə keçirilən prezident seçkisində Rəcəb Tayyib Ərdoğanın qələbəsi üçün çox dua etdim”.

Bunu Macarıstanın Baş naziri Viktor Orban bəyan edib.

O, bildirib ki, Ərdoğanın məğlubiyyəti fəlakətlə nəticələnə bilərdi.

“Millət İttifaqı”ndan prezidentliyə namizəd, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu qalib gəlsəydi, milyonlarla qaçqın Avropaya axışacaqdı və Rusiyadan Macarıstana qaz nəqlində problemlər yaranacaqdı”, – deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığında avropalı siyasətçini andiçmə mərasiminə dəvət edib.

Mənbə: Cumhuriyet