Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürdü | DEFAKTO.AZ Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürdü – DEFAKTO.AZ

Yevlaxda 21 yaşlı gənci avtomobil vuraraq öldürdü

25


Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“DEFAKTO.az”un məlumatına görə, hadisə Xaldan-Mingəçevir avtomobil yolunun Yevlax rayon Əkşəm kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 2002-ci il təvəllüdlü Şaiq Musayevi avtomobil vurub.

O aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.