Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI | DEFAKTO.AZ Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI – DEFAKTO.AZ

Şuşadakı basketbol turnirinə qatılacaq komandalar AÇIQLANDI

27


Şuşada keçiriləcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarında iştirak edəcək komandalar bəlli olub.

Federasiyadan verilən məlumata görə, turnirdə Azərbaycan yığması ilə birlikdə ümumilikdə 8 kollektiv qüvvəsini sınayacaq.

Bunlar Azərbaycan, Almaniya, Niderland, Rumıniya, Macarıstan və Türkiyə seçmələri, həmçinin, Yaponiyanın “G FLOU” klubu və “Neftçi” komandası olacaq.

Qeyd edək ki, 12-13 iyunda Şuşadakı “Tut Bağında” keçiriləcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.