Hindistanda sərnişin və yük qatarları toqquşub: Ölən və yaralılar var – FOTO/VİDEO | DEFAKTO.AZ Hindistanda sərnişin və yük qatarları toqquşub: Ölən və yaralılar var – FOTO/VİDEO – DEFAKTO.AZ

Hindistanda sərnişin və yük qatarları toqquşub: Ölən və yaralılar var – FOTO/VİDEO

10


Hindistanda cümə günü yük qatarının sərnişin qatarı ilə toqquşması nəticəsində sərnişin ekspressinin 8 vaqonu relsdən çıxıb.

Məlumata görə, qəza nəticəsində azı 50 nəfər ölüb. Hazırda ölənlərin sayı dəqiqləşdirilir. Həmçinin, 400-ə yaxın sərnişinin yaralandığı vurğulanır

Bildirilir ki, hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Mənbə: TASS, news.ru