Samuxda minik maşını abidəyə çırpılıb: Xəsarət alanlar var | DEFAKTO.AZ Samuxda minik maşını abidəyə çırpılıb: Xəsarət alanlar var – DEFAKTO.AZ

Samuxda minik maşını abidəyə çırpılıb: Xəsarət alanlar var

11


Samuxda yol-nəqliyyat hadisəsi baş verib.

DEFAKTO.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun girişində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücüsü idarəetməmi itirib.

Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarındakı abidəyə çırpılıb.

Qəza zamanı 1993-cu il təvəllüdlü Fuad Hüseynov və 1981-cü il təvəllüdlü Gülüzadə Hüseynova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.