Emin Mahmudov: “İndi kubok daha vacibdir, nəinki müqavilə” | DEFAKTO.AZ Emin Mahmudov: “İndi kubok daha vacibdir, nəinki müqavilə” – DEFAKTO.AZ

Emin Mahmudov: “İndi kubok daha vacibdir, nəinki müqavilə”

23


“Neftçi”nin futbolçusu Emin Mahmudov “Qəbələ”yə qarşı keçirəcəkləri Azərbaycan Kubokunun final oyunu barədə fikirlərini bildirib.

DEFAKTO.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı oyunöncəsi mətbuat konfransında titulu əldə etmək üçün əllərindən gələn hər şeyi edəcəklərini söyləyib:

“Yaxşı komandaya qarşı oynayacağıq. Topla oynamağı sevirlər. Çalışırlar ki, daha çox topla olsunlar. Öz oyunumuzu göstərərək qələbə qazanmaq istəyirik. Finaldır, hamı qazanmaq istəyir. Çalışacağıq hər şeyi edək ki, kubok bizim olsun”.

31 yaşlı yarımmüdafiəçi hər iki komanda üzərində eyni təzyiqin olduğunu vurğulayıb:

“İnanıram ki, “Qəbələ” də bizim kimi kuboku istəyir. Məncə, hər iki tərəfdə eyni təzyiq var. Bütün komandalar titul əldə etmək istəyirlər”.

Paytaxt klubu ilə müqaviləsi başa çatacaq E.Mahmudov gələcəyi barədə hələ qərar vermədiyini söyləyib:

“Bu barədə düşünməmişəm. Mənim üçün ilk kubok finalıdır. Bütün diqqətim bu qarşılaşmadadır. Müqavilə o qədər böyük problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki müqavilə”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.