Yeni Suraxanı sakinlərinin kanalizasiya sistemi problemi həllini tapmır – FOTO/VİDEO | DEFAKTO.AZ Yeni Suraxanı sakinlərinin kanalizasiya sistemi problemi həllini tapmır – FOTO/VİDEO – DEFAKTO.AZ

Yeni Suraxanı sakinlərinin kanalizasiya sistemi problemi həllini tapmır – FOTO/VİDEO

31


Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsinin sakinləri kanalizasiya sistemlərinin olmamasından şikayət edirlər.

Qəsəbənin 14 iyul döngə 1 küçəsinin sakinlərinin DEFAKTO.az-a verdiyi məlumata görə ətraf məhəllələrdə kanalizasiya xətləri çəkilsə də, 14 iyul döngə 1 küçəsindən yan keçilib.

Sakinlər çirkab sularını yaşayış yerinin qarşısında qazdıqları şambolara yığırlar.

Sakinlər dəfələrlə Suraxanı rayonu İcra Hakimiyyətinə problemin həlli üçün müraciət etsələr də, bu günə qədər heç bir iş görülməyib.