Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər nə vaxt bitəcək? – Nazir müavini AÇIQLADI | DEFAKTO.AZ Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər nə vaxt bitəcək? – Nazir müavini AÇIQLADI – DEFAKTO.AZ

Horadiz-Ağbənd dəmir yolu layihəsi üzrə işlər nə vaxt bitəcək? – Nazir müavini AÇIQLADI

6


İşğaldan azad edilmiş ərazilərin Regional Nəqliyyat Baş Planı hazırlanıb və planın icrası istiqamətində mühüm işlər həyata keçirilib.

DEFAKTO.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov 1-ci Beynəlxalq Nəqliyyat və Logistika Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Baş Plana əsasən həyata keçirilən layihələr sırasında Horadiz -Ağbəndə dəmir yolları layihələri mühüm əhəmiyyət kəsb edir:

“Sözügedən layihələrin 2024-cü ilin sonuna qədər yekunlaşması planlaşdırılır”.