Bərdədə kişi arvadını bıçaqladı | DEFAKTO.AZ Bərdədə kişi arvadını bıçaqladı – DEFAKTO.AZ

Bərdədə kişi arvadını bıçaqladı

6


Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, iyunun 2-də saat 9 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. 

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb. 

Bərdə RPŞ-də istintaq hərəkətləri aparılır.