KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb – FOTO | DEFAKTO.AZ KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb – FOTO – DEFAKTO.AZ

KOBİA Gürcüstanın Biznes Assosiasiyası ilə Anlaşma Memorandumu imzalayıb – FOTO

25


Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” hesabında yazıb.

İmzalanma Tiflisdə bu gün keçirilən Gürcüstan-Azərbaycan biznes forumu çərçivəsində baş tutub.

“Sənədin hər iki ölkənin KOB-ları arasında əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə inanırıq”, – deyə O. Məmmədov bildirib.