Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər | DEFAKTO.AZ Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər – DEFAKTO.AZ

Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər

15


Bakıda yeniyetmələr dəmiryolu dayanacağından oğurluq ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Zabrat-1 dəmiryolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.