Güclü külək nəticəsində dağılan kənd məktəbində dərslər dayandırılmayıb – AÇIQLAMA + VİDEO | DEFAKTO.AZ Güclü külək nəticəsində dağılan kənd məktəbində dərslər dayandırılmayıb – AÇIQLAMA + VİDEO – DEFAKTO.AZ

Güclü külək nəticəsində dağılan kənd məktəbində dərslər dayandırılmayıb – AÇIQLAMA + VİDEO

6


Güclü külək nəticəsində dağılan İsmayıllı rayon Aşıqbayramlı kənd məktəbi təmir olunacaq.

Bununla bağlı DEFAKTO.az-ın sorğusuna cavab olaraq, Dağlıq Şirvan Regional Təhsil İdarəsindən məlumat verilib.

İdarənin ictimaiyyətlər əlaqələr üzrə məsul nümayəndəsi Rəşid Məmmədov qeyd edib ki, hazırda Elm və Təhsil Nazirliyinin əməkdaşları Aşıqbayramlı kənd orta məktəbindədirlər:

“Əməkdaşlar məktəbə baxış keçirərək, dəymiş ziyanın müəyyənləşdirilməsi və hesablanması, daha sonra isə təmir işləri üçün lazımi addımları həyata keçirəcəklər. Təmir çox güman ki, bir müddət sonra başlanacaq, çünki yaxın günlərdə də havanın qeyri-sabit keçəcəyi haqqında proqnozlar mövcuddur.

Hazırda orta məktəbdə dərs prosesi üçün heç bir təhlükə yoxdur. Buna görə dərslər dayandırılmayıb. Amma ən qısa müddətdə tufanın fəsadları da aradan qaldırılacaq”.

Məktəbin dağılmasını əks etdirən görüntüləri təqdim edirik: 

Aysel Aslan