Azərbaycan millisinin futbolçusu “havada qalıb”: Nə “Qarabağ” istəyir, nə də “Zirə” | DEFAKTO.AZ Azərbaycan millisinin futbolçusu “havada qalıb”: Nə “Qarabağ” istəyir, nə də “Zirə” – DEFAKTO.AZ

Azərbaycan millisinin futbolçusu “havada qalıb”: Nə “Qarabağ” istəyir, nə də “Zirə”

10


Rüstəm Əhmədzadənin növbəti mövsümə hansı komandada başlayacağı dəqiqləşməyib.

DEFAKTO.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün “Zirə” ilə icarə müqaviləsinin müddəti başa çatıb.

22 yaşlı hücumçu qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun növbəti mövsüm üçün planlarına daxil deyil. O, müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıtmalıdır. Ancaq hücumçunun “Zirə”də özünü yaxşı tərəfdən göstərə bilməməsi Ağdam klubunda da ona qarşı münasibəti dəyişib. Böyük ümidlərlə “atlılar”a qoşulan oyunçunun heyətə düşməsi çətindir.

“Qarabağ” R.Əhmədzadəni yenidən icarəyə göndərmək variantını götür-qoy edir.

Rüstəm Əhmədzadə ötən mövsüm “Zirə”də 35 oyun keçirib və 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Faiq Tahirov