28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin üzvləri and içdilər – YENİLƏNİB + VİDEO | DEFAKTO.AZ 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin üzvləri and içdilər – YENİLƏNİB + VİDEO – DEFAKTO.AZ

28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin üzvləri and içdilər – YENİLƏNİB + VİDEO

12


Türkiyə Böyük Millət Məclisində (TBMM) 28-ci qanunvericilik dövrü başlayıb.

MHP sədri Dövlət Bağçalının sədrliyi ilə keçirilən ilk iclasda deputatlar növbə ilə and içiblər. Şənbə günü isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə and içəcək.

TBMM-nin ilk iclasında Prezident Ərdoğan da iştirak edib.

Rəsmi mərasimlə qarşılanan prezident andiçmə mərasiminin bir hissəsini onun üçün ayrılan lojadan izləyib.

15:18

28-ci çağırış Türkiyə Böyük Millət Məclisinin (TBMM) ilk iclası başlayıb.

Toplantıya ən yaşlı deputat olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı sədrlik edir.

TBMM-in keçmiş sədri Mustafa Şəntop səlahiyyətlərini Dövlət Bağçalıya təhvil verib.

Yeni spiker seçilənədək qanunverici orqana Dövlət Bağçalı rəhbərlik edəcək.

 
Mənbə: Haber Global