SOCAR yeni standartlarına uyğun avtomobil benzininin istehsalına başlayacaq | DEFAKTO.AZ SOCAR yeni standartlarına uyğun avtomobil benzininin istehsalına başlayacaq – DEFAKTO.AZ

SOCAR yeni standartlarına uyğun avtomobil benzininin istehsalına başlayacaq

18


SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkəti 2024-cü ilin birinci rübündə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda “Avro-5” ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.

“Hazırda zavodda modernləşdirmə və yenidənqurma layihəsinin reallaşdırılması işləri davam edir. 2023-cü ilin ikinci rübündən Bakı Neft Emalı Zavodunda “Avro-5” standartlarına uyğun dizel yanacağının istehsalına başlanılıb. Zavodda “Avro-5” standartlarına uyğun avtomobil benzininin istehsalına 2024-cü ilin birinci rübündə başlanılması nəzərdə tutulur”, – deyə SOCAR-ın verdiyi məlumatda qeyd edilib.

Daha əvvəl şirkət 2023-cü ildə “Avro-5”ə başlamağı planlaşdırırdı.

Mənbə: “İnterfaks-Azərbaycan”