Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi – FOTO/VİDEO | DEFAKTO.AZ Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi – FOTO/VİDEO – DEFAKTO.AZ

Məğlubiyyəti həzm etməyən Maurinyo dayanacaqda hakimi təhqir etdi – FOTO/VİDEO

10


“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının finalında İspaniyanın “Sevilya” klubuna qarşı keçirdiyi oyundan sonra matçın hakimi Entoni Teylorla mübahisə edib.

Teylorun işindən narazı qalan portuqaliyalı baş məşqçi Budapeştdəki stadionun dayanacağında hakimlə görüşüb və onu təhqir etməyə başlayıb.

“Lənətə gəlmiş üz qarası, lənətə gəlmiş üz qarası… Kəs səsini”, – deyə Mourinyo qışqırıb.

Hakim maşına minmək üçün portuqaliyalıdan uzaqlaşdıqdan sonra “Roma”nın mentoru mikroavtobusa yaxınlaşaraq “Təbrik edirəm, lənətə gəlmiş üz qarası”, – deyə yenidən qışqırıb.

Xatırladaq ki,  Avropa Liqasının final matçında “Roma” və “Sevilya” komandaları qarşılaşıblar. Oyunda əsas vaxtı və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyən etmək üçün penalti seriyasına ehtiyac yaranıb. Bu zərbələrdə daha dəqiq oynayan “Sevilya” 4:1 hesablı qələbə qazanıb və kuboku əldə edib.

Matç ərzində Teylor “Roma”nın futbolçularına yeddi sarı vərəqə göstərib. Həmçinin ingilis hakim 75-ci dəqiqədə romalıların qapısına penalti təyin etmək istəsə də, videotəkrardan sonra fikrini dəyişib.

Mənbə: Çempionat