İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi – FOTO/VİDEO | DEFAKTO.AZ İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi – FOTO/VİDEO – DEFAKTO.AZ

İkardinin 21 qolu əzəli rəqib “Fənərbağça”nın sabiq kapitanına baha başa gəldi – FOTO/VİDEO

18


“Fənərbağça”nın sabiq kapitanı və sabiq milli oyunçusu Ümit Özat canlı yayımda saçlarını qırmızıya boyayıb.

Bunu o, mövsümün əvvəlində “Qalatasaray”ın transfer etdiyi Mauro İkardiyə əyləncəli vədinə görə edib. Həmin vaxt Ü.Özat İkardinin ən azı 20 qol vuracağı təqdirdə, saçlarını qırmızıya boyayacağını deyib.

İkardi 21 qola imza atdığından bütün gözlər millinin keçmiş oyunçusuna çevrilib. Elə “Qalatasaray”ın ulduz futbolçusu da bununla bağlı paylaşım edib.

“Ümitin sözünü yerinə yetirəcəyinə ümid edirəm. Bütün azarkeşlərimiz və mən səni sarı-qırmızı saçla görməyi gözləyirik”, – deyə argentinalı hücumçu “Instagram” hesabında yazıb.

“Fənərbağça”nın sabiq kapitanı isə – “Ümit Özat vədinə əməl edər. Saçımı canlı yayımda boyayacağam”, – deyib və sözünə əməl edib.

Mənbə: Posta