Qəbələdəki ağır qəzada yaralıların sayı artdı – YENİLƏNİB + VİDEO | DEFAKTO.AZ Qəbələdəki ağır qəzada yaralıların sayı artdı – YENİLƏNİB + VİDEO – DEFAKTO.AZ

Qəbələdəki ağır qəzada yaralıların sayı artdı – YENİLƏNİB + VİDEO

9


Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına 20 nəfər yerləşdirilib.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsinin Reanimasiya Şöbəsində vəziyyəti ağır olan 3 nəfərin, Təcili Tibbi Yardım Şöbəsində isə vəziyyətləri stabil olan 8 nəfərin müalicələri davam etdirilir.

DEFAKTO.az-ın əldə etdiyi məlumata görə, avtobus Şəkidən Bakı istiqamətində sərnişindaşıma ilə məşğul olub.

14:19

Qəbələdə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “103” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb ediliblər.

Bununla bağlı TƏBİB məlumat yayıb.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər TƏBİB-in tabeliyindəki Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hazırda vəziyyəti ağır olan 3 nəfərin müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 12 nəfərin müalicəsi təcili tibbi yardım şöbəsində davam etdirilir.

Əlavə məlumat veriləcək.

14:07

Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananların vəziyyəti məlum olub

DEFAKTO.az-ın əldə etdiyi məlumatına görə, qəza zamanı 10 nəfər xəsarət alıb. Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılardan ikisinin durumu ağır olduğundan onlar Reanimasiya şöbəsində müalicə alırlar.

13:32

Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

DEFAKTO.az xəbər verir ki, qəza nəticəsində “Sprinter” və “Mitsubishi” markalı avtomobillər bir-birinə çırpılıb. 

Hadisə zamanı yaralanan şəxslərin olduğu və onların Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilib. 

Qəzanın görüntülərini təqdim edirik:

Aysel Aslan