Bayramov Kolomina ilə görüşdən yazdı: “Mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb” – FOTO | DEFAKTO.AZ Bayramov Kolomina ilə görüşdən yazdı: “Mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb” – FOTO – DEFAKTO.AZ

Bayramov Kolomina ilə görüşdən yazdı: “Mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb” – FOTO

19


“NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı Bakıda görməyimizə şadam”.

Bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Twitter“ hesabında bildirib.

“Azərbaycan-NATO tərəfdaşlığı, eləcə də mövcud regional vəziyyətlə bağlı maraqlı müzakirələr aparılıb. Azərbaycan NATO-nun etibarlı tərəfdaşı kimi qlobal təhlükəsizlik və tərəqqiyə geniş töhfə verir”, – o qeyd edib.