Məzahir Pənahov Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib | DEFAKTO.AZ Məzahir Pənahov Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib – DEFAKTO.AZ

Məzahir Pənahov Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib

4


Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov mayın 14-də Türkiyədə keçirilmiş prezident və parlament seçkilərinə münasibət bildirib.

“DEFAKTO.az”un xəbərinə görə, MSK sədri rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib ki, Türkiyədə demokratik seçkilər keçirilib:

“Türkiyə bütün dünyaya seçki nümunəsi göstərdi. Bu seçkilər dünyaya demokratik seçkilərin necə keçirilməsini sübut etdi. Hətta deyərdim ki, Türkiyədə seçki kimi dünyanın heç bir ölkəsində demokratik seçki keçirilməyib”.