Səfir: “İyunun 1-də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər” – YENİLƏNİB + VİDEO | DEFAKTO.AZ Səfir: “İyunun 1-də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər” – YENİLƏNİB + VİDEO – DEFAKTO.AZ

Səfir: “İyunun 1-də Kişineuda Bakı və İrəvan arasında sülh sazişi imzalana bilər” – YENİLƏNİB + VİDEO

18


“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində keçiriləcək görüş zamanı sülh sazişi imzalana bilər”.

Bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva xarici jurnalistlərə açıqlamasında deyib.

“Ümid edirik ki, iyunun 1-də Kişineuda, nəhayət, sülh müqaviləsi imzalanacaq. Bu fürsəti qaçırmaq olmaz”, – diplomat vurğulayıb.

14:38

Bakı və İrəvan yaxın bir neçə gün ərzində sülh sazişi imzalaya bilər.

Bu barədə “Reuters” Azərbaycan səfirinə istinadən xəbər verib.

Tərəflər arasında razılığa iyunun 1-də Kişineuda (Moldova) Avropa Siyasi Birliyinin sammiti zamanı gəlinəcəyi düşünülür.