Almaniyanın vitse-kanslerinə zərf yollandı: Yanğınsöndürənlər cəlb olundular – FOTO | DEFAKTO.AZ Almaniyanın vitse-kanslerinə zərf yollandı: Yanğınsöndürənlər cəlb olundular – FOTO – DEFAKTO.AZ

Almaniyanın vitse-kanslerinə zərf yollandı: Yanğınsöndürənlər cəlb olundular – FOTO

6


Almaniya Federativ Respublikasının vitse-kansleri, İqtisadi İşlər və İqlim Mühafizəsi naziri Robert Habekin (“Yaşıllar”) Flensburqdakı ofisinə içərisində ağ toz olan zərf gəlib.

Maddənin mahiyyəti məlum olmadığından işçilər binadan təxliyə olunublar, binanın ətrafı isə mühasirəyə alınıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb, onlar bütün ehtiyat tədbirlərinə riayət edərək zərfi ərazidən çıxararaq polis məntəqəsinə aparıblar.

Hazırda tozun tərkibində təhlükəli kimyəvi və ya radioaktiv maddələrin olması öyrənilir.

Polisdən verilən məlumata görə, indiyədək zərflə təmasda olan şəxslərin səhhətində heç bir problem olmayıb.

Araşdırmanın nəticələri hələ mövcud deyil.

Mənbə: TASS