Türkiyədə toyda dava düşdü: 11 nəfər yaralandı | DEFAKTO.AZ Türkiyədə toyda dava düşdü: 11 nəfər yaralandı – DEFAKTO.AZ

Türkiyədə toyda dava düşdü: 11 nəfər yaralandı

25


Türkiyənin Mardin şəhərində toy mərasimində iki düşmən ailə arasında mübahisə silahlı dava ilə nəticələnib.

Acu və Çavuşoğlu ailələrinin üzvləri bir-birilərinə stol, stul atıb, odlu silahdan istifadə ediblər.

Hadisə nəticəsində 11 nəfər yaralanıb.

Çağırışla əraziyə polis və səhiyyə qrupları gəliblər. Dava polislər tərəfindən dayandırılıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma başlanılıb.

Mənbə: Haber Global