Xaçmazda velosipedçinin ölümü ilə nəticələnən qəza baş verib | DEFAKTO.AZ Xaçmazda velosipedçinin ölümü ilə nəticələnən qəza baş verib – DEFAKTO.AZ

Xaçmazda velosipedçinin ölümü ilə nəticələnən qəza baş verib

23


Xaçmaz şəhərinin Bakı prospektində “Khazar Assamant” markalı minik avtomobili velosipedçini vuraraq öldürüb.

“DEFAKTO.az”un şimal bürosunun məlumatına görə, velosipedlə hərəkət zamanı şəxsiyyəti naməlum, təxmini 50 yaşlarında olan kişini avtomobil vurub.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.