Üç Avropa ölkəsinin səfiri Rusiya XİN-ə çağırılıb | DEFAKTO.AZ Üç Avropa ölkəsinin səfiri Rusiya XİN-ə çağırılıb – DEFAKTO.AZ

Üç Avropa ölkəsinin səfiri Rusiya XİN-ə çağırılıb

10


Almaniya, Danimarka və İsveçin səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, XİN-ə çağırılan diplomatların ölkələri “Şimal axını”na qarşı həyata keçirilmiş təxribatın izlərini ört-basdır etməyə və əsl günahkarların tapılmasına maneə törətməyə cəhd edirlər.

“Almaniya, Danimarka və İsveç hakimiyyətinin “Şimal axını”nda təxribatın araşdırılmasında Rusiya tərəfi ilə əməkdaşlıqdan imtinası qəbuledilməzdir”, – Rusiya XİN-nin məlumatında qeyd olunur.

Mənbə: TASS