Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq | DEFAKTO.AZ Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq – DEFAKTO.AZ

Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq

13


“Azərbaycanın cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq”.

Bunu “DEFAKTO.az”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov deyib.

O bildirib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:

“İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaqlar. Hətta Antalyanın ən böyük bələdiyyələrindən olan – Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur”.

R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək:

“Antalya iş adamlarının Astaraya gələrək ora investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar”.

Ədalət və İnkişaf Partiyasından millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyəti Astaraya səfər planlaşdırılır:

“Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır”.