Mina partlamasından zərərçəkmiş şəxs: “Bunu heç düşmənimə də arzulamazdım” | DEFAKTO.AZ Mina partlamasından zərərçəkmiş şəxs: “Bunu heç düşmənimə də arzulamazdım” – DEFAKTO.AZ

Mina partlamasından zərərçəkmiş şəxs: “Bunu heç düşmənimə də arzulamazdım”

19


“Hər dəfə işğaldan azad edilmiş ərazilərdəki dağıntıları görəndə minaya düşdüyüm həmin dəhşətli günü xatırlayıram”.

“DEFAKTO.az”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu 2021-ci ildə mina partlamasından zərərçəkmiş Hafiz Əzimzadə Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə – Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən ikinci beynəlxalq humanitar konfransda deyib.

“Bunu heç düşmənimə də arzulamazdım”, – deyə o bildirib. Hafiz Əzimzadə bu konfransda gələcəkdə oxşar hadisələrin qarşısını almağa çalışan bu qədər insanı görməkdən ruhlandığını qeyd edib.

Öz növbəsində, azərbaycanlı istehkamçı Xaliq Zülfüqarov gözəgörünməz düşmən olan minalarla mübarizəni davam etdirdiklərini vurğulayıb.