“Arsenal” 14 futbolçu ilə yollarını ayırır | DEFAKTO.AZ “Arsenal” 14 futbolçu ilə yollarını ayırır – DEFAKTO.AZ

“Arsenal” 14 futbolçu ilə yollarını ayırır

2


“Arsenal” yeni mövsümə tamamilə yenilənmiş heyətlə başlaya bilər.

London klubu yayda transferlər edə bilmək üçün 14 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Qranit Caka, Tomas Parti, Rob Holdinq, Emil Smit-Rou, Nikolya Pepe, Eynsli Meytlend-Naylz, Kiran Tirni, Riss Nelson, Çarli Patino, Folarin Baloqun, Pablo Mari, Albert Sambi Lokonqa, Nunu Tavareş və Sedrik Soaresin komandanı tərk edə biləcəkləri yazılıb.

Baş məşqçi Mikel Arteta onların əvəzinə rəhbərlikdən 8 yeni transfer tələb edib.

Qeyd edək ki, “Arsenal” İngiltərə Premyer Liqasında 37 turdan sonra 81 xalla ikincidir.

Mənbə: football.london