Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazandılar – YENİLƏNİB | DEFAKTO.AZ Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazandılar – YENİLƏNİB – DEFAKTO.AZ

Qran-pri: Azərbaycan cüdoçuları ilk gündə iki medal qazandılar – YENİLƏNİB

14


Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə gümüş medal qazanıb.

“DEFAKTO.az”un məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı finalda İspaniya təmsilçisi David Qarsiya Torneyə uduzub.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə yenilərək beşinci yerlə kifayətlənib.

17:16

Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə finala yüksəlib.

DEFAKTO.az xəbər verir ki, 66 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda ispaniyalı David Qarsiya Torne ilə üz-üzə gələcək.

60 kq-da çıxış edən Nazir Talıbov bürünc medal görüşünə çıxacaq. O, Artyom Lesyukdan (Ukrayna) güclü olmağa çalışacaq. Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva ispan Ariane Toro Solerlə görüşdə “bürünc” əldə etməyə çalışacaq.

Bu gün mübarizəyə qoşulan Əhməd Yusifov (60), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, Qran-pri mayın 27-də başa çatacaq.