Qərbi Azərbaycan Xronikası: Erməni əsirliyində qətlə yetirilən hamilə qadınlar – VİDEO | DEFAKTO.AZ Qərbi Azərbaycan Xronikası: Erməni əsirliyində qətlə yetirilən hamilə qadınlar – VİDEO – DEFAKTO.AZ

Qərbi Azərbaycan Xronikası: Erməni əsirliyində qətlə yetirilən hamilə qadınlar – VİDEO

59


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Verilişin bu dəfəki buraxılışında Qərbi Azərbaycanda işgəncə verilən vətəndaşlardan bəhs edilib.

Ötən yüz ildə Rusiya və Avropadan olan havadarların, türk düşmənlərinin yardımları ilə ermənilərə dövlət qurulub.

Bu qondarma dövlət yarandığı tarixdən mülki azərbaycanlılara qarşı vəhşiliklər törədib.

Ermənilər Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıblar.

Qoca, uşaq və qadınların da daxil olduğu 140 min insan vəhşicəsinə qətlə yetirilib. 750 mindən çox azərbaycanlı didərgin düşüb.

Amansızlıqla qətlə yetirilənlərin 12-si hamilə olmaqla, 57-si qadın, 23-ü isə uşaq olub.

Daha ətraflı Baku TV-nin süjetində: