Göygöldə üç nəfər çay axınından xilas edildi – YENİLƏNİB | DEFAKTO.AZ Göygöldə üç nəfər çay axınından xilas edildi – YENİLƏNİB – DEFAKTO.AZ

Göygöldə üç nəfər çay axınından xilas edildi – YENİLƏNİB

21


İntensiv yağan yağışlar nəticəsində Göygöl rayonu Topalhəsənli kəndini sel basıb və nəticədə bir neçə fəsadlar yaranıb.

Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov deyib.

Onun sözlərinə görə, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları dərhal hadisə yerinə gələrək fəsadların aradan qaldırılması, insanlara kömək göstərilməsi üçün müxtəlif tədbirlər həyata keçirib.

“Polis əməkdaşlarının köməkliyi ilə Gəncə şəhər sakinləri V. Həziyev, T. Məmmədova və V. Həziyeva çay axınından xilas edilmiş, müxtəlif yüngül bədən xəsarətlərinə ilkin yardım göstərilib”

22:32

Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən Heydər Əliyev parkı yaxınlığında su borusunda nasazlıq yaranıb, parka gedən yolların birində hərəkətdə çətinlik yaranıb.

“DEFAKTO.az”un məlumatına görə, iri diametrli su borusunda yaranmış nasazlıq səbəbindən su park yoluna axıb.

Bu səbəbdən yolda çətinlik yaranıb. Hazırda fəsadın səbəbi araşdırılır.