Müdafiə Nazirliyi Tovuz istiqamətində gedən döyüşlərdə Azərbaycana məxsus 13 PUA-nın guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyanın yaydığı məlumatı təkzib edib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib ki, bu, yanlış məlumatdır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrinin silahlanmasında olan bütün bütün PUA-lar sıradadır, itki yoxdur”.