İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.
Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Gündəm
Tovuz rayonu istiqamətində yenidən döyüşlər gedir – RƏSMİ
By DEFAKTOİyl 16, 2020, 10:49 səhər
267
Previous PostSonu yetişən Ermənistan rəhbərliyini heç nə xilas edə bilməyəcək!
Next PostAHİK-in İcraiyyə Komitəsinin növbəti onlayn iclası keçirilib - FOTOLAR