Mikayıl Cabbarov: “I rübdə sənaye zonalarından 768 milyon manatlıq məhsul satılıb” – FOTO | DEFAKTO.AZ Mikayıl Cabbarov: “I rübdə sənaye zonalarından 768 milyon manatlıq məhsul satılıb” – FOTO – DEFAKTO.AZ

Mikayıl Cabbarov: “I rübdə sənaye zonalarından 768 milyon manatlıq məhsul satılıb” – FOTO

12


Bu ilin I rübündə Azərbaycanın sənaye zonalarında fəaliyyət göstərən müəssisələr 768 milyon manatlıq məhsul satıb ki, bu da illik müqayisədə 13% çoxdur.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında bildirib.

“Sənaye zonalarında istehsal olunmuş məhsullar 55-dən çox ölkəyə ixrac edilib. İndiyə qədər ümumilikdə 9,6 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,1 milyard manatlıq hissəsi ixrac olunub”, – deyə o qeyd edib.