Bu şəkildə və videoda görünən şəxs ermənidir, əsl erməni.
Bu səsi ötən gündən Votsap mesencerdən tanıyırsınız – sürətlə yayılırdı.
İndi də videosuna baxın: diqqətlə baxın!
İdbar məxluq öz aləmində, guya ki, təxribat törədir, aramızda şayiə yayır, panika salır.
Siz onun kövrəlməyinə, ağlamağına, gözünün yaşına baxın. Belə artistlik istedadı heç Frunzik Mkrtıçyanda da olmayıb.
Bir az təcrübəsiz və təlaşa meyilli adam, əlbəttə, bunun bu saxta göz yaşlarına inanacaq, yaydığı dezinformasiyaları ciddi qəbul edəcək, elə biləcək ki, 812-ci diviziyanı gerçəkdən də dağıdıblar və xeyli itki vermişik.
Əslində isə adı çəkilən və çəkilməyən hərbi hissələrimizə heç nə olmayıb, ermənilərin atdığı mərmilər boş sahələrə, dağa-daşa düşüb.
Bu, onu göstərir ki, yaramazlar informasiya müharibəsinə yaxşı hazırlaşıblar. “Artist”in ana dilimizdə belə sərbəst danışması da bunu göstərir.
Ancaq həmvətənlərimiz bilsinlər ki, indi də, bundan sonra da cəbhə xəttindən gələn heç bir xəbərə dərhal inanmaq, hələ onu ciddiyə alıb yaymaq lazım deyil.
Müharibədir, Allah iraq eləsin, qara xəbər olanda özümüz yarım saat tez, yarım saat gec, xəbər verəcəyik. Ciddi informasiya qaynaqlarına güvənin və təxribatlara uymayın.
Düşmən gözünüzün önündədir və o, bur cür “artistlikləri” yaxşı bacarır.
Gündəm
Səs yazısını yayan tapıldı: erməni təxribatçıya baxın – Video
By DEFAKTOİyl 15, 2020, 12:00 axşam
271
Previous PostCəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”
Next PostDöyüş bölgəsində olan Qənirə Paşayeva xəsarət aldı