Azərbaycan çempionatının bombardiri Kiprdə problemlə üzləşdi | DEFAKTO.AZ Azərbaycan çempionatının bombardiri Kiprdə problemlə üzləşdi – DEFAKTO.AZ

Azərbaycan çempionatının bombardiri Kiprdə problemlə üzləşdi

299

Ötən mövsüm Azərbaycan Premyer Liqasının bombardirlərindən olmuş Baqaliy Dabo AFFA-dan sənədlərini gözləyir.

“Neftçi”dən qalmaqallı şəkildə ayrılan fransalı hücumçu iyulun 3-də Kiprin “Apollon” klubu ilə iki illik müqavilə bağlasa da, problemlə üzləşib.

Belə ki, 31 yaşlı futbolçunun sifariş olunması üçün AFFA-dan icazə sənədinin gəlməsi lazımdır.

Qeyd edək ki, Baqaliy Dabo “Qarabağ”dan Mahir Emreli və “Sumqayıt”dan Peyman Babayi ilə 2019/2020 mövsümünün şərikli bombardiri olub. Hər üç futbolçu son səkkiz turu oynanılmamış çempionatda yeddi qol vurub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir