Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurma ilə əlaqədar çağrılan təcili iclası ertələnib.
Bunu Təşkilatın mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.
“İclas tərəflər arasındakı əlavə konsultasiyanın aparılması, həmçinin müzakirənin aparılacağı formatın müəyyənləşdirilməsi səbəbi ilə ertələnib”, – V.Zaynetdinov bildirib.
Qeyd edək ki, bu gün KTMT-nin baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırmışdı.