Ərdoğanın partiya ofisinə silahlı hücum olub – FOTO | DEFAKTO.AZ Ərdoğanın partiya ofisinə silahlı hücum olub – FOTO – DEFAKTO.AZ

Ərdoğanın partiya ofisinə silahlı hücum olub – FOTO

33


İstanbul şəhərində lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan olan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Bağçalıevlər rayonu üzrə kommunikasiya və seçki bürolarına silahlı hücum olub.

Bildirilib ki, yerli vaxtla 22:15 radələrində baş verən hadisədə ölən və ya yaralanan olmayıb. İnsidentdən dərhal sonra partiyanın İstanbul şəhəri üzrə rəhbəri Osman Nuri Kabaktepe sosial şəbəkədə paylaşım edərək silahlı hücumu pisləyib: “Biz bu hücumlara fürsət verməyəcək və həmşəhərlilərimizlə demokratiya havasında görüşməyə davam edəcəyik”.

Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, daha öncə müxalif İYİ Partiyanın İstanbul şəhərindəki mərkəzi binasına silahlı hücum olmuşdu. Martın 31-də baş verən həmin hadisədə də ölən və ya yaralanan olmamışdı.