Xırdalanda partlayış baş vermiş evdən REPORTAJ – CANLI | DEFAKTO.AZ Xırdalanda partlayış baş vermiş evdən REPORTAJ – CANLI – DEFAKTO.AZ

Xırdalanda partlayış baş vermiş evdən REPORTAJ – CANLI

122

Xırdalan şəhərində partlayış baş vermiş fərdi yaşayış evindən canlı bağlantını təqdim edirik

Xırdalanda partlayış olan evdə xilasetmə işləri davam edir. 

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerindədir. 

Artıq dağıntılar altından altı nəfərin çıxarıldığı deyilir.

Abşeron rayonunun Xırdalan şəhərində evdə partlayış baş verib. Hadisə Xırdalan şəhəri 27-ci məhəllədə qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayışdan sonra evdə yanğın başlayıb. Partlayışın gücündən yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hadisə yerinə FHN əməkdaşları cəlb edilib.

İki nəfər dağıntılar altından çıxarılıb. Onlardan biri qadın, digəri isə uşaqdır. Dağıntılar altında digər şəxslərin də qaldığı ehtimal edilir.

Axtarış-xilasetmə işləri davam edir. Hadisənin səbəbləri barədə dəqiqləşdirmə aparılır.https://player.baku.tv/embed/3263119:05

Xırdalan şəhərində evdə partlayış baş verib.

Partlayış yanğına səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Dağıtılar altında qalanlar var.

Hələlik partlayışın baş vermə səbəbi haqqında heç bir məlumat yoxdur. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir