Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların elektron ərizələrin təsdiqi müddəti iyulun 14-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu günə statistika əsasən subbakalavrların elektron ərizələrinin ümumi sayı 18667, təsdiq olunan ərizələrin sayı isə 17110-dur. 1557 elektron ərizə hələlik təsdiq olunmayıb.
Qeyd edək ki, subbakalavr elektron ərizəsinə daxil olub “yadda saxla” düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndərilir. Bundan sonra tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməlidir.
Hazırda sorğu verənlərin bir hissəsinin məlumatları orta ixtisas təhsili müəssisələri tərəfindən sistemə daxil edilmədiyindən və bununla bağlı subbakalavrlar tərəfindən DİM-ə edilən müraciətlər nəzərə alınaraq ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 14 iyul saat 23:59-dək uzadılıb.
Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra “sms” xəbərdarlıq göndərilir.
Subbakalavr “Şəxsi kabinet”ində göstərilən mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.
“SMS” xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.
Qeyd olunan tarixədək ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.
Təhsil
Subbakalavrların elektron ərizələrin təsdiqi müddəti uzadıldı
By DEFAKTOİyl 13, 2020, 12:13 axşam
284
Previous Post23 yaşlı qız ov tüfəngi ilə güllələndi
Next PostAzərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir - FOTO