Ramiz Mehdiyev AMEA-dakı yoxlamalardan danışdı: “Baş verən nöqsanlar…” | DEFAKTO.AZ Ramiz Mehdiyev AMEA-dakı yoxlamalardan danışdı: “Baş verən nöqsanlar…” – DEFAKTO.AZ

Ramiz Mehdiyev AMEA-dakı yoxlamalardan danışdı: “Baş verən nöqsanlar…”

111

AMEA prezidentdi Ramiz Mehdiyev rəhbərlik etdiyi qurumun institutlarında keçirilən yoxlamalara münasibət bildirib.

Defakto.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında çıxış edən R. Mehdiyev institutlarda baş verən nöqsanların yolverilməz olduğunu, elmi-tədqiqat müəssisələrində tətbiqi və fundamental tədqiqatlara, həmçinin idarəçilik məsələlərinə ciddi diqqət yetirilməsinin vacibliyini xüsusi vurğulayıb. 

Akademiyanın fəaliyyətinin bütün istiqamətlərdə dövlətin qarşıya qoyduğu vəzifələrin həllinə yönəldilməsinin və Azərbaycan elminin dünya elminə, o cümlədən elmi qurumların bir-birlərinə inteqrasiyasında fəal iştirakının təmin edilməsinin, hazırda Akademiyada yaradılan münbit mühitdən elmin inkişafı üçün istifadəsinin vacibliyini diqqətə çatdırıb. 

Elmi nəticələr və onların tətbiqi, eləcə də fundamental elmlə tətbiqi elmin qarşılıqlı əlaqəsinin zəruriliyindən söz açan Ramiz Mehdiyev elmi müəssisələrin yeni təyin olunmuş rəhbərlərinə öz elmi potensiallarından istifadə edərək rəhbərlik etdikləri institutları aparıcı elm müəssisələrinə çevirəcəklərinə və Azərbaycan elminin dünyaya inteqrasiyası istiqamətində qarşıya qoyulan hədəflərə doğru uğurla irəliləyəcəklərinə əminliyini ifadə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir