Azad Rəhimov danışdı | DEFAKTO.AZ Azad Rəhimov danışdı – DEFAKTO.AZ

Azad Rəhimov danışdı

92

Bir sıra kütləvi informasiya vasitələrində Gənclər və İdman naziri Azad Rəhimovun səhhətinin ağırlaşması, ABŞ-da hətta komaya düşməsi barədə xəbərlər yayılıb.

Defakto.az xəbər verir ki, Real TV-nin ABŞ bürosu Gənclər və İdman naziri Azad Rəhimovun  özü ilə indicə əlaqə saxlayıb. Doğrudan da ağ ciyərinin müayinə və müalicəsi ilə məşğul olduğunu bildirən nazir səhhətinin əsasən qaydasında olduğunu deyib. “Narahatlığa heç bir əsas yoxdur!”.

Gənclər və İdman Nazirliyi də Azad Rəhimovun səhhətində ciddi problemlərin yaranması barədə yayılan xəbərləri təkzib edib. Verilən məlumata görə, nazir Azad Rəhimovun səhhətində heç bir ciddi problemi yoxdur. 

Xatırladaq ki, bir sıra saytlarda Gənclər və İdman naziri Azad Rəhimov komaya düşməsi barədə xəbər yayılıb”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir