Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı | DEFAKTO.AZ Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı – DEFAKTO.AZ

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı

101

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Defakto.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib.

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir