Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı – RƏSMİ | DEFAKTO.AZ Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı – RƏSMİ – DEFAKTO.AZ

Bakıdakı yarış ləğv olundu, Lissabondakı turnir təxirə salındı – RƏSMİ

86

Ümumdünya Karate Federasiyası (WKF) martda Bakıda keçirilməli olan karate üzrə Premyer Liqa turnirinin ləğv olunduğunu açıqlayıb.

Defakto.az xəbər verir ki, WKF bundan başqa, 19-21 fevralda Portuqaliyanın paytaxtı Lissabonda keçirilməli olan ilin ilk Premyer Liqa yarışının təxirə salındığını açıqlayıb. Buna səbəb Portuqaliyada koronovirusun tüğyan etməsidir. Ləğv edilən yarış 30 aprel – 2 may tarixlərinə keçirilib.

12-14 martda Bakıda keçirilməli olan Premyer Liqa yarışı isə Azərbaycan Milli Karate Federasiyasının Gənclər və İdman Nazirliyi adından rəsmi WKF-ə məktub təqdim etməsindən sonra ləğv olunub. Həmin yarış Türkiyənin İstanbul şəhərində keçiriləcək. Həmçinin 7-11 mart tarixlərində karate hakimlərinin Bakıda keçirilməli olan kursu da eyni tarixdə İstanbulda baş tutacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir