Putinlə Bayden görüşəcəkmi? | DEFAKTO.AZ Putinlə Bayden görüşəcəkmi? – DEFAKTO.AZ

Putinlə Bayden görüşəcəkmi?

181

“Pandemiya şəraitində əyani, həmçinin ən yüksək səviyyədə keçirilən tədbirlərin bərpası perspektivləri barədə danışmaq çətindir”.

Defakto.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

“Biz siyasi təmaslar cədvəlinin formalaşdırılmasının epidemioloji durumun normallaşması, bu cür görüşlərin məzmunu, çoxtərəfli tədbirlərdəki ünsiyyət imkanlarından asılı olacağı ehtimalından çıxış edirik”, – diplomat vurğulayıb.

Onun sözlərinə görə, istənilən halda bütün planlar ABŞ-ın yeni administrasiyası ilə müzakirə edilməli və razılaşırılmalıdır.

Daha öncə Ağ evin mətbuat katibi Cen Psaki ABŞ prezidenti Cozef Bayden və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığının planlaşdırılmadığını, C.Baydenin ilk növbədə “tərəfdaş və müttəfiqlər” ilə danışacağını açıqlayıb.

Qeyd edək ki, indiyədək Cozef Bayden və Vladimir Putin arasında təmas olmayıb, ancaq dekabrın 15-də Rusiyanın dövlət başçısı ona prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik məktub göndərib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir