Tokio Olimpiadası ləğv olunmayacaq | DEFAKTO.AZ Tokio Olimpiadası ləğv olunmayacaq – DEFAKTO.AZ

Tokio Olimpiadası ləğv olunmayacaq

90

Beynəlxalq Olimpiya Komitəsi Tokioda keçiriləcək Olimpiya Oyunlarını ləğv etməkdən imtina edib.

Bu barədə komitənin üzvü Riçard Paund “Kyodo News”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, yarış mütləq bu il keçirilməlidir. Oyunların yenidən təxirə salınması isə ciddi çətinliklər yarada bilər.

R.Paund qeyd edib ki, əgər koronovirusla bağlı vəziyyət ağır olarsa, Olimpiadanın tamaşaçısız keçirilməsi mümkündür. O, əlavə edib ki, yarışları tamaşaçılarla keçirmək daha maraqlıdır, lakin mütləq deyil.

Aparılan sorğulara görə, Yaponiya sakinlərinin 80 faizi Olimpiadanın yenidən təxirə salınması və ya ümumiyyətlə ləğvini istəyir. Oyunların təşkilat komitəsinin sədri Haruyuki Takası isə bildirib ki, tədbirin tamamən ləğvi ölkə və dünya iqtisadiyyatına ağır zərbə vura bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir