Azərbaycanın səkkiz cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır | DEFAKTO.AZ Azərbaycanın səkkiz cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır – DEFAKTO.AZ

Azərbaycanın səkkiz cüdoçusu Böyük Dəbilqədə mübarizəyə başlayır

15


Bu gün Antalyada cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

DEFAKTO.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın səkkiz idmançısı beş çəki dərəcəsində mübarizə aparacaq.

Nazir Talıbov (60 kq) 1/32 final mərhələsində çexiyalı David Pulkrabeklə qarşılaşacaq.

Kəramət Hüseynov (60 kq) 1/16 finalda Muhammadsoleh Quvatov (Tacikistan) – Dilşodbek Baratov (Özbəkistan) görüşünün qalibi ilə güləşəcək.

Yaşar Nəcəfov (66 kq) 1/32 finalda İtaliya idmançısı Fabio Basillə görüşəcək.

Böyük Dəbilqənin üçqat qalibi, Avropa çempionu Orxan Səfərov (66 kq) 1/16 finalda Hekim Aqamammedov (Türkmənistan) – Antoni De Angelis (Latviya) cütlüyünün qalibini sınağa çəkəcək.

Qadınların yarışında Leyla Əliyeva (48 kq) 1/32 finalda Mariya Buyok (Ukrayna), Könül Əliyeva (48 kq) isə 1/16 finalda Mari Di Varqas Ley (Çili) ilə güləşəcək.

Gültac Məmmədəliyeva (52 kq) 1/32 finalda kanadalı Kelli Dequçi ilə görüşəcək. O, Kanada idmançısını məğlub edərsə, 1/16 finalda Cənubi koreyalı Kanq Yujeonqla qarşılaşacaq.

Fidan Əlizadə (57 kq) 1/32 finalda Yulia Kovalçuku (Polşa) sınağa çəkəcək. O, bu mübarizədən qalib ayrılsa, 2022-ci ildə Bakıda keçirilən Böyük Dəbilqəni qazanan Krista Dequçiyə (Kanada) rəqib olacaq.

Böyük Dəbilqəyə aprelin 2-də yekun vurulacaq.