Daha bir sərhəd pozuntusu: Köçəryan Xankəndiyə gəldi | DEFAKTO.AZ Daha bir sərhəd pozuntusu: Köçəryan Xankəndiyə gəldi – DEFAKTO.AZ

Daha bir sərhəd pozuntusu: Köçəryan Xankəndiyə gəldi

84

Dünən Qarabağda itkin düşmüş hərbçi valideynlərinin Ermənistan parlamentinin Müdafiə Komitəsinin sədri Andranik Köçəryanla görüşü olub.

Defakto.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.

Maraqlı məqam odur ki, görüş Xankəndi şəhərində baş tutub.

Qəzet Köçəryanın Xankəndiyə Azərbaycanın icazəsi əsasında gəlib-gəlmədiyi haqqında heç bir məlumat verməyib.

Qeyd edək ki, Ermənistandan Azərbaycanın hələlik Rusiya sülhməramlılarının nəzarətində olan hissəsinə Laçın dəhlizi vasitəsilə qanunsuz səfərlərin dayandırılması barədə Bakı İrəvana dəfələrlə xəbərdarlıq edib və bunun ağır nəticələri olacağını bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir